Ölkədaxili pul köçürmələri 3 dəfə azalıb
Son illər Azərbaycanda ölkədaxili pul köçürmələrinə maraq kəskin azalıb.
Valyuta.az xəbər verir ki, daxili pul köçürmələri xidmiəti üzrə operator «Azərpoçt» şirkəti bu azalmanı qeydə alıb.
«Azərpoçt»un əməliyyat departamentinin direktoru Asiman Əliyev bildirib ki, daxili pul köçürmələri bir neçə il əvvəllə müqayisədə 60-70% aşağıdüşüb, bu köçürmələrin təqribən 3 dəfə azalması deməkdir.
Onun sözlərinə görə, azalmanın səbəbi kartların və onlayn köçürmələrin populyarlaşmasıdır: «Bu onu göstərri ki, daxili pul köçürmələri artıq insanlar arasında aktual deyil. bu da əsasən kartdan karta köçürmələrin səbəbindən baş verir. Xüsusilə də pandemiya dövründə, qapanma şəraitində insanların karta meylinin artmasına səbəb oldu»-deyə departament rəhbəri qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay