Kredit ittifaqlarının zərəri 80 % artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,7 milyon manat zərərlə başa vurub.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 80 % çoxdur.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,2 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,7 milyon manat (eyni), xüsusi ehtiyatlara ayırmaları isə 1,2 milyon manat (33,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,3 % azdır. Bunun 10,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,6 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 4,2 % azalaraq 9,1 milyon manata düşüb.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay