BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 76,6 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 dəfə çoxdur.
Yanvar-iyun aylarında BOKT-ların gəlirləri 173,1 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), xərcləri 77,2 milyon manat (55,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,9 milyon manat (14,7 % az), mənfəət vergisi ödəmələri isə 16,4 milyon manat (3,9 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 854 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 39 % çoxdur. Bunun 630,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 38,2 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 33,4 % artaraq 479,9 milyon manata, balans kapitalı isə 47 % artaraq 374,1 milyon manata çatıb.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay