"Bank VTB Azərbaycan"ın dövlət fondlarına borcu artaraq 58 milyon 899 min manata çatıb
Bu ilin II rübündə "Bank VTB Azərbaycan"ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 58 milyon 899 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 6 milyon 240 min manat, yaxud da 11,8 % çoxdur.
2023-cü ilin sonunda bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 52 milyon 659 min manat olub.
Bu ilin ikinci yarısında "Bank VTB Azərbaycan"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 17 milyon 200 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 5 milyon 405 min manat, yaxud da 45,8 % çoxdur.
2023-cü ilin sonunda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 11 milyon 795 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay