23.07.2024 / 10:51
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
52232
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Naxçıvan Bank" ASC-nin bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Valyuta.az xəbər verir ki, yeni BOKT bağlanmış bankla eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İsa Bünyad oğlu İsayevdir. O, "Naxçıvan Bank"ın İdarə Heyəti sədrinin I müavini olub.
Xatırladaq ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay