“Paşa Bank”ın aktivləri 178 milyon manatdan çox azalıb
“Paşa Bank”ın aktivləri 2024-cü ilin birinci yarısında 8 milyard 472 milyon 931 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2 %, yaxud da 178 milyon 440 min manat azdır. 2023-cü ilin sonunda bankın aktivlərinin həcmi 8 milyard 651 milyon 371 min manat olub.
“Paşa Bank”ın aktivlərinin azalmasının səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcminin azalmasıdır. Belə ki, bu ilin 6 ayında bankın nağd vəsaitlərinin həcmi 1 milyard 524 milyon 958 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 20,2 %, yaxud da 385 milyon 862 min manat azdır.
“Paşa Bank” bu ilin hesabat dövründə ticarət və investisiya qiymətli kağızlara 2 milyard 351 milyon 106 min manat investisiya yatırıb. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 16,7 % çoxdur.
Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 377,763 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 % çoxdur, xərcləri 230,477 milyon manat (39,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,963 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 30,19 milyon manat (44,2 % çox) təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay