"Xalq Bank"ın xalis mənfəəti 34 milyon manat olub
2024-cü ilin yanvar-iyun ayları ərzində "Xalq Bank"ın xalis mənfəəti 34 milyon manata bərabər olub.
Valyuta.az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3% azdır. 2023-cü ilin müvafiq dövründə bank 37 milyon 913 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 24.2% artaraq 90 milyon 854 min manat, faiz xərcləri isə 73.5% artaraq 23 milyon 850 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 20.2 milyon manata ( illik müqayisədə 50% çox ), qeyri-faiz xərcləri isə 44.5 milyon manata ( illik müqayisədə 27.6% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 42 milyon 705 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.5% çoxdur.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.4% artaraq 3 milyard 95 milyon manata çatıb. Cari ilin ilk 6 ayında "Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.5% və ya 64.3 milyon manat artaraq 1 milyard 891.2 milyon manata bərabər olub.
Bu dövrdə "Xalq Bank"ın cəmi öhdəlikləri 2 milyard 615.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.5% və ya 37.6 milyon manat çoxdur.
Hesabat dövründə bankdan 56 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) cari ilin ilk 6 ayında 2,5% və ya 56.2 milyon manat azalaraq 2 milyard 164.8 milyon manat olub.
Bu ilin altı ayı ərzində bankın kapitalında 25 milyon manatdan çox azalma olub. Belə ki, 2024-cü il iyul ayının 1-nə "Xalq Bank"ın cəmi kapitalı ilin əvvəlinə nisbətən 5% və ya 25.2 milyon manat azalaraq 479 milyon 93 min manat təşkil edib.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay