Bank
17.07.2024 / 21:18
Keçmiş deputatlığa namizəd "Atabank"ı məhkəməyə verdi
51952
Ləğv prosesində olan "Atabank" Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Qəmbərov Cavid Hafiz oğludur.
Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Cavid Qəmbərov 2020-ci ildə 14 saylı Xəzər seçki dairəsindən namizəd olub.
Mediada gedən məlumatlara görə, "Atabank" ASC 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədova məxsusdur.
Fazil Məmmədov 2022-ci ildə dünyasını dəyişib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay