“Yelo Bank” “kiçilib”, aktivlərində 441 milyon manatlıq azalma
“Yelo Bank” ASC-nin 2024-cü ilin birinci yarısında aktivlərinin həcmi 1 milyard 124 milyon 651 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 28,2 %, yaxud da 441 milyon 801 min manat azdır.
“Yelo Bank” ASC-nin 2023-cü ilin sonunda aktivlərinin həcmi 1 milyard 566 milyon 452 min manat olub.
“Yelo Bank”ın aktivlərinin azalmasının səbəbi nağd pul vəsaitlərinin və ekvivalentlərinin, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcminin azalması ilə bağlıdır. Bu, 2024-cü ilin yarısında 4,2 dəfə azalaraq 160 milyon 237 min manat olub.
Bankın nağd vəsaitlərinin həcmi 2023-cü ilin sonunda 687 milyon 293 min manat təşkil edib.
2024-cü ilin birinci yarısında “Yelo Bank” ASC-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 61 milyon 734 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 11,3 %, yaxud da 6 milyon 278 min manat çoxdur.
2023-cü ilin sonunda “Yelo Bank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 55 milyon 456 min manat təşkil edib.
Hesabat dövründə bank müştərilərə 846 milyon 740 min manat kredit verib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 10,7 %, yaxud da 82 milyon 431 min manat çoxdur.
2023-cü ilin sonunda bank müştərilərə 764 milyon 309 min manat kredit verib.
2024-cü ilin birinci yarısında “Yelo Bank” ASC-nin verdiyi istehlak kreditlərinin həcmi 239 milyon 102 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 15,1 % çoxdur.
2023-cü ilin sonunda bankın verdiyi istehlak kreditlərinin həcmi 207 milyon 637 min təşkil edib.
Hesabat dövründə bank 529 milyon 760 min manat biznes krediti verib. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 9,6 % çoxdur.
2023-cü ilin sonunda bankın biznes kreditlərinin həcmi 483 milyon 128 min manat olub.
Bankın daşınmaz əmlak kreditlərinin həcmi 77 milyon 877 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 5,9 % çoxdur.
2023-cü ilin sonunda bankın daşınmaz əmlak kreditlərinin həcmi 73 milyon 544 min manat təşkil edib.
“Yelo Bank” ASC-nin 2024-cü ilin yarısında öhdəliklərinin həcmi 999 milyon 147 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 31,9 % azdır.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay