“Xalq Bank”ın investisiya şirkəti geriləməyə başlayıb - İtkilər 1,4 milyona çatıb
"Xalq Kapital İnvestisiya Şirkəti"nin 2024-cü ilin yanvar-iyun aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 63 əqd üzrə 273,3 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 0,5 % və ya 1,37 milyon manat azalıb. Belə ki, 2023-ci ilin ilk yarısında "Xalq Kapital”ın dövriyyəsi 271,9 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 69,6 milyon manatı repo, 19,5 milyon manatı dövlət qiymətli kağızlarının, 178,5 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 4,4 milyon manatı korporativ istiqrazların və 272 manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay