Mərkəzi Bank ötən il valyuta aktivlərinin idarə edilməsindən 570 mln. manatdan çox gəlir əldə edib
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mərkəzi Bankın 31 dekabr 2023-cü il tarixinə gəlirləri 748.3 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Qeyd edilib ki, gəlirlərin 572.1 mln. manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən, 34.4 mln. manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən, 2.1 mln. manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən, 24.1 mln. manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olub. Həmçinin 47.9 mln. manatı maliyyə öhdəliklərinin (Azərbaycan Beynəlxalq Bank ASCdən (ABB) cəlb olunmuş depozitin) ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirlər, 14.2 mln. manatı maliyyə aktivlərinin (Əmanətlərin Sığortalanması Fonduna verilmiş kredit) amortizasiyası və 3 mln. manatı həmin aktivlərin ədalətli dəyərinin dəyişiklikləri üzrə gəlirlər, 0.6 mln. manatı isə daxili bazarda törəmə maliyyə alətləri üzrə gəlirlər yaratmışdır. Əlavə olaraq 1.1 mln. manatı xatirə və investisiya pul nişanlarının satışı və s. üzrə gəlirlərdən ibarət olub. Valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə mühasibat gəliri 48.8 mln. manat təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay