"Access Bank" 3 ayda nə qədər istehlak krediti verib?
"Access Bank" QSC bu ilin yanvar-mart aylarında müştərilərə 1 milyard 035 milyon 481 min manat kredit verib.
Valyuta.az banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2,1 % çoxdur.
Bu ilin yanvar-mart aylarında bank müştərilərə 225 milyon 895 min manat istehlak krediti verib. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 642 min manat, yaxud da 0,7 % azdır.
2023-cü ilin sonunda müştərilərə 227 milyon 537 min manat istehlak krediti verilib.
Hesabat dövründə "Access Bank"ın verdiyi biznes kreditlərin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 2,7 % artaraq 801 milyon 566 min manat olub.
Bu ilin yanvar-mart aylarında bankın verdiyi daşınmaz əmlak kreditlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 29,7 % artaraq 8 milyon 20 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay