Bank
08.07.2024 / 13:22
“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək
51321
“Turan Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası avqustun 14-də, saat 15:00-da Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcək.
Valyuta.az xəbər verir ki, nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi bildirilib. İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.
Qeyd edək ki, “Turan Bank” ASC 2007-ci il aprelin 11-də dövlət qeydiyyatına alınıb. Bankın qanuni təmsilçisi Musayev Fəzail Misgər oğludur. ASC-nin nizamnamə kapitalı 80 milyon 5 min 244 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay