“Azər Türk Bank”ın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri azalıb
“Azər Türk Bank”ın 2024-cü ilin yanvar-mart aylarında ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 1 milyon 378 min manat olub.
Valyuta.az bu barədə banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 136 min manat yaxud 9,8 % azdır.
Bu ilin hesabat dövründə “Azər Türk Bank” 14 milyon 785 min manat mənfəətlə başa vurub ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 56,7% çoxdur.
“Azər-Türk Bank”ın faiz gəlirləri 23 milyon 176 min manat olub. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 63,5 % çox olub. Bankın faiz xərcləri 77,2% artaraq 8 milyon 391 min manat olub.
“Azər-Türk Bank”ın qeyri-faiz gəlirlərinin həcmi 25,6% artaraq 8 milyon 414 min manat olub. Hesabat dövründə bankın qeyri-faiz xərci 22,5% artaraq 13 milyon 828 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay