Bilməli olduğumuz bank terminləri - Kredit portfeli, transaksiya, depozit
İqtisadi terminlərin bir hissəsi bank və bank əməliyyatarına aiddir. Bu terminlərin bir çoxuna rast gəlsək də, onların tam açıqlamasını bilmirik.
Valyuta.az bank sisteminə aid bəzi terminlərin açıqlamasını təqdim edir:
Annutiet (Kredit ödənişləri) - Kreditin ödəniş müddəti ərzində borcun aylar üzrə bərabər hissələrlə olan ödəniş növüdür.
Aktiv bank əməliyyatları – Kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s. yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları.
Bankın Kredit Portfeli - Bankın bu və ya digər formada təqdim etdiyi bütün kredit vəsaitlərinin məcmusu.
Bank Transaksiyası - Vəsaitlərin bir hesabdan digərinə köçürülməsi.
Bank Bileti - Mərkəzi banklar tərəfindən tədavülə buraxılan pul nişanı, əskinası.
Bonifikasiya - Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin məqsədli, əvəzsiz vəsaitlərin verilməsi.
Defolt - Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi.
Deponent - Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs.
Dövlət bankı - Dövlətin mülkiyyətində olan və dövlət orqanları tərəfindən idarə olunan bank.
Depozit - Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və ya qiymətli kağız.
Faiz hesablanması - Faizlər yalnız kreditə götürülmüş (istifadə olunmuş) məbləğə hesablanır.
Onların hesablanması gündəlik əsasda həyata keçirilir. Əgər limitdən 5 günlük istifadə olunubsa, yalnız 5 gün üçün faiz hesablanacaq.
Card to Card - Kartdan karta icra olunan əməliyyatdır. Yəni, plastik kart vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərilməsidir.
Cari Hesab - Müştərinin adına açılır, pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir.
Fərdi - Biznesin ehtiyacından və ya mövsümündən asılı olaraq kredit ödənişlərində ayda bir dəfə faizlərin ödənilməsi şərti ilə fərdi yanaşma tətbiq edilir.
Konsaltinq əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.
Komissiya əməliyyatları – İqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları.
Lisenziya - Ölkənin Mərkəzi Bankı tərəfindən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya.
Revolver kredit xətti - 12 ayadək sərbəst ödəniş cədvəlli biznes kreditidir. Ödəniş edildikcə, təyin edilmiş kredit limiti bərpa olunur.
Overdraft - Qısa müddətli (2 aya qədər) sərbəst ödəniş cədvəlli biznes kreditidir.
Sərbəst ödəniş - Ayda bir dəfə faizlərin ödənilməsi şərti ilə, əsas məbləğin istənilən vaxt ödənilməsidir. Əsasən overdraftlara tətbiq olunur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay