Bank
02.07.2024 / 16:48
ARDNF iyunda valyuta hərraclarındakı satışın 70 %-ni təmin edib
50983
Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 581 milyon ABŞ dolları vəsaitin 405,6 milyon ABŞ dolları və yaxud 69,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Bu barədə Fonddan bildirilib.
Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (175,4 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 23,9 milyon ABŞ dolları və yaxud 0,2 % artaraq 11 milyard 713,7 milyon ABŞ dollarından 11 milyard 737,6 milyon ABŞ dollarına çatıb.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay