Bank
02.07.2024 / 15:29
“Unibank” bir ildə 100-dən çox işçini ixtisar edib
50967
“Unibank” ötən il 100-dən çox işçisini ixtisar edib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, 2022-ci ilin sonunda bankda çalışan işçilərin sayı 2008 nəfər olduğu halda, ötən ilin birinci 1981 nəfərə, ikinci rübdə 1905 nəfərə, ilin sonunda isə 1902 nəfərə endirib.
Başqa sözlə, “Unibank” ötən il işçilərinin sayını 5,3 % azaldıb və ya 108 nəfəri ixtiras edib.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin 94,1%-i Eldar Qəribova, 5,9%-i isə digər fiziki şəxslərə aiddir.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay