ABB "kiçilir", aktivləri azalıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) bu ilin yanvar-mart aylarında aktivlərinin həcmi 13 milyard 189 milyon 302 min manat olub.
Valyuta.az bu barədə ABB-yə istinadən xəbər verir ki, bu 2023-cü ilin sonu ilə müqayisədə 478 milyon 939 min manat, yaxud da 3,5 % azdır.
Bununla yanaşı, ABB-nin 2024-cü ilin birinci rübündə aktivlərinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çox olub.
Ümumiyyətlə, 2023-cü ilin sonunda ABB-nin aktivlərinin həcmi 13 milyard 668 milyon 241 min manat olub. Bu da 2022-cü illə müqayisədə 370 milyon 645 min manat, yaxud da 2,6 % azdır.
ABB-nin 2022-ci il ərzində aktivlərinin həcmi 14 milyard 038 milyon 886 min manat olub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay