Bank
01.07.2024 / 11:49
“AccessBank” adi səhmlərin nominal dəyərini 50 faizdən çox endirir, nizamnamə kapitalını azaldır
50864
“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir.
Valyuta.az xəbər verir ki, bank hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını elan edir.
Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq. Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Tsiklauri Davitdir. QSC-nin nizamnamə kapitalı 270 milyon 106 min 912.25 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay