“Unicapital”ın xalis mənfəəti 45 % azalıb
“Unicapital İnvestisiya Şirkəti” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Valyuta.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə “Unicapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 45% azalaraq 223,9 min manat təşkil edib. 2022-ci ildə investisiya şirkətinin xalis mənfəəti 406,9 min manat idi.
Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 24.8% azalaraq 119,2 min manat, qeyri-faiz gəlirləri 4.3% artaraq 2,59 milyon manat, qeyri-faiz xərcləri 13.2% azalaraq 2,41 milyon manat təşkil edib. Beləliklə, şirkət 295,3 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 42% azdır.
2024-cü il 1 yanvar tarixinə “Unicapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri əvvəlki illə müqayisədə 11% və ya 2 milyon manat artaraq 20,43 milyon manat, cəmi öhdəlikləri isə 10.7% və ya 1,8 milyon manat artaraq 18,7 milyon manat təşkil edib.
Eyni dövrdə investisiya şirkətinin cəmi kapitalı əvvəlki illə müqayisədə 15% artaraq 1,7 milyon manata yüksəlib.
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300 min manatdır, səhmlərinin 100%-i isə “Unibank” ASC-yə məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay