Bank
21.06.2024 / 11:14
Azərbaycanın strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşıb
50394
2024-cü ilin ilk 5 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1.8% və ya 1.3 mlrd. ABŞ dolları çoxdur.
Bundan əlavə qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay