Mərkəzi Bank sabah bu qərarı açıqlayacaq - Faiz dərəcələri necə dəyişəcək?
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını sabah açıqlayacaq.
Valyuta.az xəbər verir ki, böyük ehtimalla AMB faiz dərəcələrini növbəti dəfə endirəcək. Çünki son aylarda Azərbaycanda illik inflyasiya sıfır həddinə yaxınlaşıb və belə vəziyyətdə AMB-nin faiz dərəcələrini yüksək saxlaması düzgün deyil.
Xatırladaq ki, AMB ötən ilin noyabrından başlayaraq faiz dərəcələrini endirir. Həmin tarixdə 9 faiz olan uçot dərəcəsi 8,5 faizə, bu ilin mayın əvvəlində isə 7,25 faizə endirilib. Demək olar ki, hər toplantıda faiz dərəcələrində 0,25 bənd endirim olub. Yəqin ki, bu dəfə də uçot dərəcəsi bir qədər endirilərək 7 faizə salınacaq.
Lakin uçot dərəcəsinin daha çox endirilərək devalvasiyadan əvvəl olduğu kimi 3 faizə salınacağı real görünmür. Devalvasiyaya qədər inflyasiya səviyyəsi aşağı olduqda uçot dərəcəsi də çox aşağı endirilirdi.
2015-ci ildə iki böyük devalvasiyadan sonra isə bu yanaşmaya son qoyuldu və illik inflyasiya bəzi illərdə 2-3 faizə düşsə də uçot dərəcəsi 6,25 faizdən aşağı salınmadı.
Böyük ehtimalla 2024-cü ildə də uçot dərəcəsinin daha çox endirilməsini müşahidə etməyəcəyik.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay