12.07.2023 / 10:06
Mərkəzi Bank 200-ə yaxın sığorta agentinin lisenziyasını dondurub
30244
Mərkəzi Bank (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
Bu barədə Valyuta.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.
Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər. Qanunun tələbinə riayət etmədikdə Mərkəzi Bank onun lisenziyasının qüvvəsini 6 ayadək müddətə dayandıra bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay