BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
29056

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdir. Əksinə, bu icbari sığorta növü, insanlarin konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir.

Mərkəzi Bankdan həmçinin əlavə edilib ki, sadə vətəndaşlar, o cümlədən vəzifəli və hüquqi şəxslər daşınmaz əmlakın icbari sığortasının olmamasına görə qanunla cərimələnə bilər: "İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.1-ci maddəsinin tələblərinə uyğun olaraq, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə birinci cümləsinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur".

Bununla belə, cərimə mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ hələ də açıq şəkildə qalmaqdadır.

Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiyanın yekunlaşması ilə iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası artıq elektron qaydada həyata keçirilir. Sistem üzərindən sığortasız evlərin müəyyən edilməsi eyni zamanda bununla bağlı qanunla müəyyən edilmiş cərimələri gündəmə gətirib. Sığorta şirkətləri və vasitəçilər cərimələrlə bağlı təbliğat kampaniyası apararaq vətəndaşların sığortaya cəlbinə çalışırlar. Cərimə mexanizminin hələlik formalaşmaması fiziki şəxslər üzrə, yəni sadə vətəndaşların buna görə cərimələnməsini mümkünsüz edib. Yaranmış vəziyyətlə əlaqədar isə ümumilikdə ekspertlər daşınmaz əmlakın sığortasının icbari qaydada tələb edilməsinin Konstitutsiyaya zidd olduğunu bildiriblər. "Daşınmaz əmlakın icbari sığortası avtomobillərin icbari sığortasından fərqli olaraq üçüncü şəxs qarşısında tətbiq edilmir. Mənzillərin sığortası mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır"- ekspertlər əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin