Bank
18.03.2022 / 13:50
Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 4 %-dən aşağı düşüb
20738
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 690,2 milyon manat təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,3 % azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % azalıb.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,9 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il fevralın sonuna isə 6,3% olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay