Bank
03.05.2021 / 14:15
“Paşa Bank Gürcüstan”a yeni Baş direktor təyin olunub
11826
“Paşa Bank” ASC-nin Gürcüstan törəməsinin Baş direktoru vəzifəsinə yeni təyinat olub.
“Report” xəbər verir ki, bu vəzifəyə Gürcüstan və Azərbaycanın bank sektorunda uzun illər fəaliyyət göstərən Nikoloz Şurqaya təyinat alıb.
O, 2015-2016-cı illərdə “Paşa Bank”ın Müşahidə Şurasında da təmsil olunub.
N.Şurqaya təyinatdan öncə Azərbaycanda “Yelo Bank”a rəhbərlik edib.
2020-ci ilin dekabrın 30-na olan məlumata əsasən, “Paşa Bank Gürcüstan”ın aktivləri 470 milyon lari təşkil edir. Bank ötən ili 23,2 milyon lari həcmində zərərlə başa vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay