"Pasha Bank"ın depozit portfeli 20 faizə yaxın artıb - RƏQƏMLƏR
“Pasha Bank” 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın aktivlər maddəsində 909 milyon 406 min manat və ya 19,1% artım olub. Maddənin artmasına əsas səbəb isə bankın müştərilərinə verdiyi xalis kreditlərin həcminin 362 milyon 953 min manat artaraq 2 milyard 156 milyon 596 min manata çatmasıdır.
Valyuta.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Pasha Bank” öhdəliklər cəmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 818 milyon 729 min manat artaraq 5 milyard 105 milyon 410 min manata çatıb. Eyni maddədə bankın depozit portfelində də 23% artım olub. Belə ki, bank depozit portfelinin həcmini 1 il ərzində 759 milyon 5 min manat artıraraq 4 milyard 206 milyon manata yüksəldib.
Bankın cəmi kapitalı isə 90 milyon 678 min manat və ya 19,1% artaraq 563 milyon 673 min manata bərabər olub.
Bankın faiz gəliri 11 milyon 48 min manat artaraq 63 milyon 62 min manata, faiz xərcləri isə 2 milyon 222 min manat artaraq 12 milyon 928 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 8 milyon 520 min manat artaraq 49 milyon 828 min manata çatıb. Qeyri-faiz gəliri 1 milyon 321 min manata azaldığına görə isə bank qeyri-faiz xərclərini də 3 milyon 491 min manat azaldaraq 36 milyon 854 min manata endirib. Bununla da bankın əməliyyat mənfəəti 10 milyon 691 min manat artaraq 36 milyon 352 min manata çatıb.
Cari ilin 1-ci rübündə 6 milyon 150 min manat mənfəət vergisi ödəyən bankın xalis mənfəəti 15 milyon 306 min manat artaraq 18 milyon 786 min manat təşkil edib.
Bankın məcmu kapitalı 392 milyon 206 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon manat çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay