Cari ildə qiymətli kağızlar bazarı göstəriciləri neçə faiz olub? - HESABLAMA
Azərbaycan Mərkəzi Bankı bu ilin ilk 3 ayı üçün qiymətli kağızlar bazarı üzrə əsas göstəriciləri açıqlayıb.
AMB-dən Valyuta.az-a verilən xəbərə görə, bu dövrdə nominal üzrə dövriyyədəki həcm 5 milyon 812,3 min manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə bu vəsait 4 milyon 552,9 min olub. Aydın olur ki, bir il ərzində bu sahədə 1 milyon 259,4 min manatlıq və ya 21,6 faizlik artım baş verib.
Qeyd edək ki, cari dövrdə ölkənin qiymətli kağızlar bazarının dünya qiymətli kağızlar bazarındakı payı Dİ indeksi üzrə 201,1 faiz, yəni iki dəfə, AMB-in notları indeksi üzrə isə 98,1 faiz təşkil edib.
Ötən ilin eyni dövründə isə Dİ indeksi üzrə 241,5 faiz, AMB-in notları indeksi üzrə isə 59,1 faiz təşkil edir.
Bu da onu göstərir ki, bir il ərzində Dİ indeksi üzrə payda 40,4 faiz azalma, AMB-in notları indeksi üzrə payda isə 39 faizlik artım baş verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay