Bank
24.04.2021 / 11:30
Azərbaycan əhalisi avro alışını kəskin azaldıb
11389
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı kommersiya bankları tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 37,906 mln. avro təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə mart ayında əhali 11,227 mln. avro alıb ki, bu da fevral ayı ilə müqayisədə 30,4% azdır.
Bundan başqa, cari ilin I rübündə ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 13,898 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə azdır. Təkcə martda bu göstərici 4,982 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 0,6% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay