\"Turan Bank\"ın 32.5 milyon manata ehtiyacı var
"Turan Bank" 2020-ci ilin son rübündə 684 min manat xalis mənfəət əldə etmişdi. Buna baxmayaraq bankın bölüşdürülməmiş mənfəəti 2020-ci ilin son rübündə - 1 milyon 360 min manat olmuşdu. Yəni bankın bölüşdürülməmiş mənfəəti 2020-ci ilin sonunda da müsbətə çıxa bilməyərək - 676 min manatda qərarlaşıb.
Valyuta.Az xəbər verir ki, 2019-cu ilin sonunda "Turan Bank"ın yığılmış zərəri 31 milyon 919 min manat olub. Bölüşdürülməmiş mənfəətinin -676 min olduğunu nəzərə alsaq, bankın yığılmış zərəri 32 milyon 595 min manata yüksəlib.
2018-ci ilin sonunda yığılmış zərərini çox kiçik məbləğdə azaldan bank cəmi kapitalını ciddi artırmışdı. Belə ki, "Turan Bank"ın yığılmış zərəri 1 il ərzində 384 min manat azalsa da cəmi kapitalı 15 milyon 385 min manat artmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay