Bank
14.04.2021 / 14:20
Banklarının beynəlxalq qiymətləndirilməsi aparılacaq
10789
Azərbaycan bankları kifayət qədər yaxşı göstəricilərə malikdir və gələn il onların beynəlxalq qiymətləndirilməsi aparılacaq.
Bunu "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən "AccessBank"ın hüquq və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov deyib.
Onun sözlərinə görə, banklar buna kifayət qədər ciddi yanaşırlar, tələblərə əməl edirlər və bu qiymətləndirmədən uğurla keçəcəklər.
"Bu, həm dövlət üçün vacibdir, həm də kommersiya qurumları olaraq banklar üçün də kifayət qədər önəmli bir məsələdir", - deyə Ə. Baxışov qeyd edib. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay