Bank
11.04.2021 / 17:46
BVF Mərkəzi Bankın valyuta ehtiyatları üzrə proqnozunu yenilədi
10650
Beynəlxalq Valyuta Fondu bu il Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının 6.3 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.
Bu gözlənti ötən (oktyabr ayı) proqnoz ilə müqayisədə dəyişməz olaraq qalıb. Fonda görə 2022-ci ildə isə AMB-in valyuta ehtiyatarı bir qədər artaraq 6.5 mlrd. dollar təşkil edəcək.
Xatırladaq ki, bu ilin yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,37 mlrd. dollar təşkil edib.//APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay