Bank
11.04.2021 / 10:25
“Unibank” ötən il səhmdarlarına 5 milyon manatdan çox dividend ödəyib
10616
2020-ci ildə "Unibank” ASC səhmdarlarına 5 082,9 min manat dividend ödəyib.
Valyuta.Az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ödəniş sənədsiz, adlı, adi səhmlər üzrə həyata keçirilib.
Xatırladaq ki, "Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay