“Paşa Bank” qarşıdakı 3 ildə yeni regional filiallar açacaq
“Paşa Bank” ASC növbəti 2021-2023-cü illər ərzində Azərbaycanın regionlarında yeni biznes mərkəzlərini açmağı planlaşdırır.
Bunu bu gün keçirilən onlayn mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov qeyd edib.
T.Kazımovun sözlərinə görə, hazırda hansısa regionda konkret filialın açılması ilə bağlı qərar yoxdur.
Bank rəsmisi əlavə edib ki, kiçik və orta biznesin (KOB) inkişafına dəstək olmaq məqsədi ilə bank regionlarda filialların açılmasını diqqətdə saxlayacaq:
Bank rəhbərliyi, həmçinin kapitalın artırılması ilə bağlı planları haqqında bildirdi ki: "Kapitalın adekvatlığını 15 % səviyyəsində saxlanılması üçün səhmdarlardan 49,6 milyon manat həcmində kapitalın cəlb edilməsini planlaşdırırıq".
2020-ci ildə Bankın nizamnamə kapitalı 333 milyon manatdan 354,5 milyon manatadək artırılıb.
T. Kazımov qeyd edib ki, 2021-2023-cü illəri əhatə edən Strategiyanın həyata keçirilməsilə "PAŞA Bank"ın korporativ kredit portfelinin 1 milyard manat artırılması nəzərdə tutulur və qeyd edilən illərdə bank biznesin və institusional istiqamətin inkişafını davam etdirməyi planlaşdırılır, həmçinin bankın rəqəmsal inkişafına diqqət ayırılacaq:
"Xüsusilə qeyd etmək istərdim ki, korporativ kredit portfelimizi 2 milyard manatdan 3 milyard manata qədər, KOB-lar üzrə portfelimizi isə 350 milyon manata qədər artırmağı planlaşdırırıq". //Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay