04.04.2021 / 13:04
Bankların xalis xarici aktivləri cüzi artıb
10233
Bu il martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 19 033,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 1,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,1 % çoxdur.
Fevralın sonuna bankların xalis daxili aktivləri 9 544,3 milyon manat olub ki, bu da, yanvarın sonu ilə müqayisədə 4,8 % çox, ilin əvvəlinə nisbətən 8 %, illik müqayisədə isə 15,7 % azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay