Avto
27.03.2021 / 12:38
"Audatex" sığorta sistemi 1 200-dən çox avtomobil modelini əhatə edib
9753
Azərbaycanda sığorta hadisələri nəticəsinə avtomobillərə dəymiş zərəri qiymətləndirən "Audatex" sisteminə bu günə qədər 50-yə yaxın avtomobil markasının 1 200-dən çox modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib.
Bunu "Report"a açıqlamasında "Audatex Azerbaijan" şirkətinin icraçı direktoru Daşdəmir Niftəliyev bildirib.
"Hazırda ölkədəki 4 sığorta şirkəti - "A-Qrup Sığorta", "Atasığorta", "Atəşgah Sığorta" və "PAŞA Sığorta" ASC-lər bizim qiymətləndirmə xidmətimizdən aktiv istifadə edir. Həmçinin "Meqa Sığorta" ASC də bu sistemə keçmək üzrədir, "Azərbaycan Sənaye Sığorta" ASC ilə isə danışıqlar davam etdirilir", - deyə şirkət rəhbəri qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay