Azərbaycanda köhnə maşınların sayı getdikcə artır - İNFOQRAFİKA
Bakı Araşdırmalar İnstitutu (BAİ) Azərbaycandakı avtomobil və avtobusların 5 ildəki yaş strukturunu araşdırıb.
Valyuta.Az xəbər verir ki, tədqiqata 2014 və 2019-cu illərdə istifadə edilən maşınlar cəlb edilib. İnfoqrafikadan aydın olur ki, avtomobillərdə yaşı 5 ilə qədər olanların payı 2014-cü ildə 16% olduğu halda, 2019-cu ildə 4%-ə düşüb. Yəni hər gün qarşımıza çıxan və ya xidmətindən istifadə etdiyimiz hər 25 maşından cəmisi 1-i yenidir, hər 5 maşından 4-ünün yaşı isə 10 ildən çoxdur.
2014-2019-cu illər ərzində yeni maşınların sayı 3,6 dəfə azaldığı halda 10 yaşdan yuxarı olanların sayı 35,8% artıb.
Maşın parkında 86% paya malik minik avtomobillərində vəziyyət daha gərgindir. Minik avtomobillərinin payı 6 il ərzində 17%-dən 4%-ə düşüb. 2019-cu ildə ölkədəki 1,2 milyon minik maşınlarının cəmisi 51,2 mini yenidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay