"Rolls-Royce" ötən ili 4 mlrd. funt zərərlə başa vurub
Böyük Britaniyanın təyyarə, dəniz və enerji avadanlığı istehsalçısı "Rolls-Royce" şirkəti 2020-ci ili vergidən əvvəl 4 mlrd. funt sterlinq (təxminən 5,585 mlrd. ABŞ dolları) zərərlə başa vurub. Halbuki, 2019-cu ildə şirkət 583 mln. funt sterlinq (814 mln. dollar) həcmində mənfəət əldə etmişdi.
Şirkətin gəlirləri 15,5 mlrd. funtdan (21,6 mlrd. dollar) 11,8 mlrd. funta (16,5 mlrd. dollar) düşüb.
Ötən il ən çox zərər görən aviasiya avadanlığı şöbəsi oldu. Belə ki, "Rolls-Royce" istehsal etdiyi mühərriklərin uçuş saatlarına görə aviaşirkətlərdən ödəniş alır. Pandemiya səbəbindən 2020-ci ildə sərnişin aviareyslərinin az olması səbəbindən daxilolmalar da olduqca aşağı idi. Şirkət 9 min iş yerini ixtisar və 5,3 mlrd. funt sterlinq (7,4 mlrd. dollar) həcmində əlavə maliyyə vəsaiti cəlb etməyə məcbur oldu. "Rolls-Royce" borcun bir hissəsini ödəmək üçün bu il 2 mlrd. funtluq (2,8 mlrd. dollar) aktivlərini satmaq niyyətindədir. //APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay