Avto
08.03.2021 / 13:28
20 ildə azərbaycanlıların avtomobil seçimi necə dəyişib? - İNFOQRAFİKA
8688
Bakı Araşdırmalar İnstitutu (BAİ) Azərbaycanın avtomobil bazarının son 20 ildəki vəziyyətini araşdırıb.
Valyuta.Az xəbər verir ki, hazırlanan infoqrafikada 2000-2019-cu illərin müqayisəsi yer alıb. Əgər 2000-ci ildə Azərbaycanda 332 min 26 minik maşını olubsa, 20 il sonra bu rəqəm 1 milyon 214 min 93 ədədə çatıb.
Araşdırmaya 10 maşın markası cəlb olunub. Maraqlıdır ki, 20 ildə azərbaycanlıların maşın “VAZ” sevgisi dəyişməyib. 2000-ci ildə olduğu kimi, 2019-cu ildə də seçim siyahısına bu marka liderlik edir.
“Mersedes”lər “Moskviç”,“UAZ” və “QAZ” markalı maşınları üstələyərək 2019-cu ildə 2-ci pilləyə yüksəliblər.
20 ildə Rusiya istehsalı olan maşınlar bazarda 47% geriləyib. Əvəzində alman maşınları 22%-dən çox artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay