Köhnə avtomobillər yığılıb kompensasiya edilməlidir - İqtisadçı
"Azərbaycanda avtomobillərin istismarında olan ekoloji problemlər daha çox nəqliyyatın 5 ildən yuxarı olması ilə deyl, ölkədə istehsal olunan benzinin keyfiyyəti və avro stanartlara uyğun olmaması ilə əlaqədardır”.
Valyuta.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli Azərbaycana gətirilən istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələrinə yüksək vergilərin tətbiq olunması ilə bağlı layihədən danışarkən deyib.
O, hesab edir ki, niyyət xoşməramlı olsa da, onun həyata keçirilməsi həmişəki kimi yersizdir. İnsanların sosial vəziyyətini nəzərə almadan həyata keçirmək niyyəti güdür:
"Bu da ancaq korporotiv maraqlara xidmət edir. Əgər hökumət belə addımlar atmaq istəyirsə, bunlar kompleks olmalıdır. İlk növbədə yeni avtomobillərin alınması üçün köhnə avtomobillər əhalidən yığılıb kompensasiya edilməlidir. Təzə avtomobbilərin qiyməti və əlçatanlığı vətəndaşların mövcud durumuna uyğun deyil. Ölkədə istismarda olan 1 milyon 300 min, bəlkə də daha çox avtomobilin texniki vəziyyətini analiz etmək lazımdır. Yəni, bunlar nə qədər istismar olunub, nə qədər zərərlidir və nə qədərini almaq mümkündür”.
Ekspertin fikrincə, hökumət əslində müxtəlif kompleks addımlar atmalıdır:
"Eyni zamanda başqa ölkələrin təcrübəsində görünür ki, əgər ölkədə maşın istehsal olunursa, deməli, gömrük rusumlarının yüksək olmasını hansısa məsələ ilə əlaqələndirmək olar. Ya daxili istehsalı qorumaq məqsədi və yaxud daha effektiv gömrük və vergi siyasəti aparılmalıdır”.
Nazim Bəydəmirli bildirib ki, ənənəvi yanacaq növləri ilə işləməyən avtomobillərin ölkəyə idxalında kifayət qədər böyük gömrük rüsumları var:
"Ekologiyanı düşünən Gömrük Komitəsi və Nazirlər Kabineti bu atomobillərin ölkəyə idxalını stimullaşdırmalı, ya onları rüsumsuz etməlidir, ya da simvolik rüsumla əvəzləməlidir”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə avtomobil parkının təzələnməsi üçün yeni nəqliyyat vasitələri üzrə gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələrin müzakirə olunduğunu deyib. O bildirib ki, "Ekoloji tarazlığı təmin etmək üçün istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməli və ya gətirillərsə, çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə idxalı azalsın”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay