Avtomobil şirkəti rekord ziyanı açıqladı
Fransız avtomobil istehsalçısı “Renault SA” 2020-ci ili böyük zərərlə başa vurub.
Şirkət ötən il 9.7 milyard dollarlıq zərər edib.
Şirkət bunu COVID-19 səbəbindən dünya səviyyəsində tətbiq olunan qapanmalar və tədarük zəncirinin qırılması ilə əlaqələndirib.
Analitiklərin “Renault”un 2020-ci ildə proqnozlaşdırdığı zərər 7,85 milyard avro idi. Ancaq şirkət keçən il gözləniləndən çox 8 milyard avro (9,7 milyard dollar) xalis zərər görüb. 2020-ci ildə itkilərin əksəriyyəti avtomobilin tədarükünün pozulduğu zaman baş verib.
“Renault”un icraçı direktoru Luca de Meo bildirib ki, bu il şirkətin mənfəətini artırmaq üçün ortaqları “Nissan Motor Co.” şirkəti ilə problemlər aradan qaldırılmalıdır. İcraçı direktor istehsal sahələrini bağlamağı və 14,600 işçini ixtisar edərək xərcləri azaltmağı planlaşdırır.
Açıqlamaya görə, şirkətin alqı-satqısı keçən ilin son altı ayında 3,5 faizlik mənfəət marjı yaradaraq xeyli dərəcədə yaxşılaşıb.// teleqraf.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay