Köhnə maşınlar əlimizdən alınacaq - Bəs təzələrini necə alacağıq?
Azərbaycanda köhnə avtomobillərin utilizasiya proqramı hazırlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı “Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"na əsasən, yaxın gələcəkdə köhnə avtomobillərdən artıq istifadə olunmayacaq.
Hazırda proqram haqqında tam ərtaflı məlumat verilməsə də, insanlar arasında müxtəlif fikir ayrılıqları gəzir. Bəzi insanlar düşünür ki, bu proses ucuz taksi xidmətini sıradan çıxara bilər.
Nəticədə də bir çox sürücülər işsiz qala bilər.
Bəs əslində bu proses nə vəd edir?
Valyuta.az xəbər verir ki, bu barədə Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qərar tam açıqlanmasa da, bütün amillərin nəzərə alınması gözlənilir:
“Utilizasiya prosesi dövlət səviyyəsində həyata keçirilir. Ona görə də düşünmürəm ki, kiminsə qazanc yeri olan maşın əlindən alınsın və o, maşınsız qalsın. Bunun hansısa bir formada qarşılığı ödənilə bilər, yaxud imkan yaradıla bilər ki, rüsumlardan azad olunmaq şərtilə gedib xarici ölkədən maşın gətirsin, yaxud sərfəli kredit şərtləri ilə özünə yeni maşın ala bilsin. Bu proses hazırda tam açıqlanmadığı üçün biz də ətraflı danışa bilmirik”.
Ekspert onu da bildirib ki, utilizasiya prosesi ekologiyamız üçün çox faydalı prosesdir:
“Bu proseslə birlikdə ekoloji problemlərimiz də aradan qalxa bilər. Ərtaf mühitin çirklənməsində maşınların rolu böyükdür. Çirklənmə prosesində də xarab maşınların böyük payı var. Eyni zamanda bu avtomobillərdə çox vaxt nazaslıq yaranır və yolun ortasında qalırlar. Bu zamanda yollarda saatlarla tıxaclar əmələ gəlir. Bundan əlavə, avtomobil qəzalarına da səbəb olur. O maşının min manat dəyəri var, ancaq 5 avtomobilə verdiyi zərər 30 min manata gəlir çıxır. Burda sağlamlıq məsələsi də var. Belə qəzalarda həyatının itirənlər də olur. Ona görə də nə qədər tez bu maşınlardan canımızı qurtarsaq, o qədər faydalı olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay