"Volkswagen" ABŞ-da 100 mindən çox avtomobili geri çağıracaq
"Volkswagen" ABŞ-da 114,000-dən çox avtomobili təhlükəsizlik yastığı problemi səbəbindən geri çağıracaq".
Valyuta.Az "Yahoo Finance"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Yolların Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirib.
Geri çağırma qərarı 2006-2019-cu illərə aid bəzi "Beetle" və "Passat" modellərini əhatə edir.
ABŞ yol təhlükəsizliyi orqanının açıqlamasına görə, "sürücü tərəfdəki ön təhlükəsizlik yastığının inflyatoru uzun müddət yüksək rütubət, yüksək temperatur və temperatur dalğalanmalarına məruz qaldıqdan sonra partlaya bilər."
Qeyd olunub ki, "Reuters" şirkətdən bu barədə açıqlama almaq istəsə də şirkətdən cavab verilməyib.
Problemə qarşı tədbir olaraq, dilerlər sürücü tərəfdəki ön təhlükəsizlik yastığı modulunu pulsuz dəyişdirəcəklər.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay