“Mercedes” AB-dən Çin elektromobillərinə rüsumları gecikdirməyi tələb etdi
Alman avtomobil istehsalçısı Mercedes-Benz-in rəhbəri Ola Kallenius Avropa İttifaqını (AB) Çin istehsalı elektrik avtomobillərinə idxal rüsumlarını gecikdirməyə çağırıb.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər verir.
"Biz beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmalıyıq. O zaman transformasiyanın müvəffəqiyyəti təmin edilə bilər və iqtisadiyyat uzunmüddətli perspektivdə böyüyəcək. Yeni tariflər bizə kömək etməyəcək" - Kallenius “Bild” qəzetinə bildirib. O, əlavə edib ki, "daha çox azad ticarətə ehtiyac var, yeni ticarət maneələrinə deyil".
"Bu səbəbdən, həm AB, həm də Çin üçün ədalətli bir həll tapmaq vacibdir", - Mercedes-Benz rəhbəri qeyd edib. O, bu məsələ ilə bağlı danışıqların vaxt tələb etdiyini etiraf edib. "Onları təhlükəyə atmamaq üçün AB planlaşdırılan gömrük rüsumlarının tətbiqini gecikdirməlidir", - Kallenius yekunlaşdırıb.
Keçən həftə Avropa Komissiyasının sədri Ursula von der Leyen Çin ilə danışıqların "kompensasiya rüsumlarının qüvvəyə mindiyi gündən sonra davam edə biləcəyini" qeyd edib.
Oktyabrın 4-də AB Çin istehsalı elektrik avtomobillərinə rüsumları artıraraq maksimum dərəcəni 35% səviyyəsində müəyyənləşdirib. Çin bunu proteksionizm aktı kimi qiymətləndirib və Avropa mallarına qarşı cavab tədbirləri elan edib. Xüsusilə, oktyabrın 8-də Çin Xalq Respublikasının Ticarət Nazirliyi AB-dən kənd təsərrüfatı məhsullarına qarşı antidempinq araşdırması aparıldığını açıqlayıb. Pekin həmçinin birlik üzvü ölkələrdən olan böyük mühərrikli avtomobillərə rüsumların artırılması imkanını nəzərdən keçirir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay