Elektrikli avtomobili doldurmaq hansı ölkədə neçəyə başa gəlir? - Cədvəl
Elektrikli avtomobilin doldurulmasının qiyməti ölkədən ölkəyə dəyişir. Elektrikli avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, daxili yanma mühərrikli avtomobillərdən daha səmərəli yanacaq sərfiyyatı vəd edir. Ölkələrin hansı elektrik mənbəyindən istifadə etdiyini, enerji qiymətlərinin hansı səviyyədə olduğunu və vergi sistemi bir elektrik avtomobilinin akkumulyatorunu doldurmağın nə qədər başa gəldiyini göstərir.
Valyuta.az xəbər verir ki, Avropa Alternativ Yanacaq Rəsədxanasının (EAFO) məlumatlarına görə, Norveçdə elektriklə işləyən avtomobillərin enerji ilə doldurulması qiyməti Avropanın orta göstəricisindən 25 faiz bahadır. İslandiya kimi bol bərpa olunan enerji resurslarına malik ölkələrdə xərclər daha aşağıdır. Ümumiyyətlə, bərpa olunan enerjinin payı yüksək olan ölkələrdə qiymətlər aşağı, Almaniya kimi enerji idxalı baha olan ölkələrdə qiymətlər yüksəkdir.
“Euronews”un məlumatına görə, İslandiyanın bərpa olunan enerji mənbələrinin bolluğu elektrikli avtomobillərin şarj qiymətlərini azaldır. 25 dəqiqə ərzində 40,25 kVt enerji ilə doldurulmuş Tesla Model 3 ilə 100 kilometr yol qət etməyin ölkə daxilində DC enerji doldurma məntəqəsində 10 faizdən 80 faizədək qiyməti 2,9 avro təşkil edir. Norveçdə bu, 18,9 avrodur.
Ölkə üzrə elektrik avtomobilinin doldurulması qiymətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkə | Doldurma qiyməti (avro/100 km) |
İslandiya | 2,9 |
Portuqaliya | 3,2 |
Finlandiya | 4,6 |
Çex Respublikası | 5,5 |
Macarıstan | 5,8 |
Slovakiya | 6,4 |
Polşa | 6,7 |
İspaniya | 7,1 |
İrlandiya | 7,2 |
Fransa | 7,3 |
Bolqarıstan | 7,3 |
İsveç | 7,7 |
Böyük Britaniya | 7,8 |
Avstriya | 7,8 |
İsveçrə | 7,9 |
Belçika | 8,4 |
Danimarka | 8,8 |
Xorvatiya | 8,9 |
Almaniya | 8,9 |
İtaliya | 9,1 |
Hollandiya | 9,2 |
Kipr | 9,8 |
Yunanıstan | 9,8 |
Lixtenşteyn | 9,8 |
Litva | 9,8 |
Lüksemburq | 9,8 |
Latviya | 9,8 |
Malta | 9,8 |
Rumıniya | 9,8 |
Türkiyə | 9,8 |
Estoniya | 10 |
Sloveniya | 17 |
Norveç | 18,9 |
Valyuta.az |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay