Avto
07.10.2024 / 20:13
Çində dünyanın ilk süni intellektə malik avtomobili satışa çıxarıldı
56938
İlk fastback "Xpeng P7+" Çində satışa çıxarılıb.
Valyuta.az bu barədə carnewschina.com-a istinadən xəbər verir.
İstehsalçının rəsmi açıqlamasına görə, "Xpeng P7+" dünyada süni intellektə malik ilk avtomobil olacaq. O, "Xpeng"in yeni nəsil avtonom sürücülük platforması ilə təchiz edilib və 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.
"Xpeng P7" maili arxa ucu olan fastback gövdəsinə malikdir. Avtomobilin uzunluğu 5056 mm, təkər bazası 3000 mm-dir. Tək elektrik mühərriki olan avtomobil litium-dəmir fosfat dartma batareyasından istifadə edir. "Xpeng P7+" iki güc variantında mövcuddur - 245 və 313 at gücü.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay