BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
56863

Azərbaycan avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. İdxal və yerli istehsal arasında balansın yaradılması, yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması və ikinci əl avtomobillərin bazar payının artması kimi amillər bazarın formalaşmasında əsas rol oynayır. Qiymət artımları, tədarük zəncirindəki qlobal problemlər və daxili iqtisadi təzyiqlər avtomobil almaq istəyən istehlakçılar üçün çətinliklər yaratsa da, bazar ümumilikdə sabit qalmaqdadır.

Bu barədə Report-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnar Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarının mövcud vəziyyəti bir sıra iqtisadi, sosial və texnoloji amillərin təsiri ilə formalaşır: “Bu bazarın dinamikası həm daxili, həm də xarici amillərlə, o cümlədən avtomobil idxalı, yerli istehsal, ikinci əl avtomobillərin satışı, avtomobil kreditləşməsi, qiymət dəyişiklikləri və digər iqtisadi göstəricilərlə müəyyən olunur. Azərbaycan avtomobil bazarı, əsasən xaricdən idxal olunan avtomobillərlə formalaşır. Ölkəyə hər il minlərlə avtomobil idxal olunur və bunlar arasında həm yeni, həm də istifadə olunmuş maşınlar üstünlük təşkil edir. Xüsusən də Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər böyük tələbat görür. Bu ildə isə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə idxalda artım müşahidə olunub”.

Ekspert bildirib ki, Azərbaycanda ikinci əl avtomobil bazarı böyükdür və əhali arasında bu seqmentə maraq yüksəkdir. “Hazırda ikinci əl avtomobil bazarında maşınların qiymətlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu artım bir tərəfdən də dünya miqyasında inflyasiya təzyiqləri və istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər tərəfdən, COVID-19 pandemiyası zamanı istehsalın yavaşlaması və tədarük zəncirinin pozulması da bazara təsir göstərib.”

E. Rzayev ikinci əl avtomobillərin qiymətlərindəki artımın təxminən 15-25 % təşkil etdiyini diqqətə çatdırıb: "Bu, əsasən tələbatın çox olması və yeni avtomobillərin yüksək qiymətləri ilə bağlıdır. Xüsusən də daha populyar markalar və modellər üzrə qiymətlər daha yüksək faizlə artıb. Yeni avtomobillərin qiymətləri də artıb, lakin bu artım daha çox 10-20 % arasında dəyişir. Bunun səbəbi dünya üzrə avtomobil istehsalında yaranmış qıtlıq, logistika problemləri və xammal qiymətlərinin artmasıdır. Xüsusilə Avropa və Asiya ölkələrindən idxal olunan avtomobillərin qiymətləri bu kateqoriyada əhəmiyyətli dərəcədə artıb”.

"Elektrik və hibrid avtomobillərin qiymətləri ən çox dəyişkənlik göstərən seqmentdir. Hazırda elektrikli avtomobillərin qiymətləri Azərbaycanda 20-30 % arası artım göstərib. Çünki bu seqment hələlik yenidir və infrastruktur məhduddur. Lüks avtomobil bazarında qiymət artımı ümumilikdə 10-15 % səviyyəsində qeydə alınıb. Bu tip avtomobillər üçün tələbat daha sabit olsa da, qlobal təchizat zəncirindəki gecikmələr və yüksək xərclər bu bazara da təsir göstərib", - deyə ekspert əlavə edib.

Digər avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, dünyada elektrik və hibrid avtomobillərə maraq artdıqca, Azərbaycanda da bu tendensiya müşahidə olunur. “Dövlətin ekoloji tələbləri sərtləşdirməsi və daha müasir avtomobillərin dəstəklənməsi siyasəti çərçivəsində hibrid və elektrikli nəqliyyat vasitələrinə tələb artmağa başlayıb. Hazırda elektrik avtomobillərinin idxalı və satışlarında müəyyən qədər artım olsa da, bazarın ümumi payında bu növ nəqliyyat vasitələri hələ də məhdud sayda təmsil olunur".

O qeyd edib ki, ikinci əl avtomobillərin qiymətlərinin artmasına avtomobil bazarında olan tələbatın çoxluğu və yenilənmiş nəqliyyat vasitələrinin çatışmazlığı da təsir edir: "Əksər istehlakçılar üçün yeni avtomobil almaq məhdudiyyətlərlə bağlıdır. Bu, ikinci əl bazarının güclü qalmasına səbəb olur. Xüsusilə SUV tipli avtomobillərə və yanacağa qənaətcil modellərə maraq daha yüksəkdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin