"Kia" avtomobillərində ciddi təhlükəsizlik problemləri aşkar edildi
Bir qrup haker internetə qoşulmuş "Kia" modellərində təhlükəsizlik zəifliyi aşkarlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Wired"ə məlumat yayıb.
İyun ayında hakerlər aşkar edib ki, 2014-cü il "Kia Sportage"dən 2025-ci il "Karnaval"a qədər avtomobillərə onların nömrələrindən istifadə etməklə asanlıqla daxil olmaq olar. Bu, müxtəlif avtomobil funksiyalarını uzaqdan aktivləşdirməyə imkan verib.
Zəif təhlükəsizlik müəyyən funksiyalara uzaqdan giriş imkanı verən məlumat-əyləncə və telematika xidməti olan "Kia Connect" sahibi portalı ilə bağlıdır. Avtomobilin aktiv "Kia Connect" abunəliyinin olub-olmamasından asılı olmayaraq, funksiyalara cəmi 30 saniyə ərzində daxil olmaq mümkündür.
Avtomobil sahiblərinin şəxsi məlumatları da əlçatan olub. Nəşr qeyd edib ki, indi avtomobil istehsalçısı artıq bütün problemləri aradan qaldırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay