"Aston Martin" satışlarının pisləşdiyini açıqladı
Britaniyanın avtomobil istehsalçısı "Aston Martin Lagonda Global Holdings" 2024-cü il üçün satış proqnozunu aşağı salıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
İstehsalçı bildirib ki, 2024-cü ilin qalan hissəsi üçün gözləniləndən 1000 az avtomobil satacaq. Səbəblər arasında tədarükün kəsilməsi və Çin iqtisadiyyatının zəifliyi göstərilir. Nəticədə mənfəət 2023-cü ildə qeydə alınan 305,9 milyon funt-sterlinqdən (409 milyon dollar) bir qədər aşağı olacaq.
Eyni zamanda analitiklər bu rəqəmin 375 milyon funt sterlinq olacağını gözləyirdilər. "Aston Martin" də ilin ikinci yarısında müsbət sərbəst pul axını proqnozunu dayandırıb.
"Qlobal avtomobil sənayesindəki xarici amillər, o cümlədən təchizat zəncirinin pozulması və Çindəki zəif tələb indi "Aston Martin"in 2024-cü ilin qalan hissəsi üçün həcm proqnozuna təsir edir", deyə şirkət bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay