Çindən ən çox hansı ölkələr avtomobil alır?
Rusiya Çindən ən çox avtomobil idxal edən ölkələrin ilk onluğunda birinci olub.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “Autostat” analitik agentliyinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, 2024-cü ilin əvvəlindən Rusiya Çindən 1,6 milyard dollar dəyərində 705,5 mindən çox avtomobil idxal edib. Meksika isə 322,5 avtomobillə ikinci yeri tutub. Üçüncü yerdə BƏƏ (203 min avtomobil), dördüncü yerdə Braziliya (192,2 min avtomobil) qərarlaşıb. Beşinci yeri 182,5 min avtomobillə Belçika tutub. Beləliklə, Belçika Avropa İttifaqında (Aİ) Çindən ən çox avtomobil idxal edən ölkə olub. Ondan sonra Səudiyyə Ərəbistanı (161,2 min avtomobil), Böyük Britaniya (137,9 min avtomobil) və Avstraliya (118,9 min ədəd) gəlir. İlk onluğu isə Filippin (104,4 min avtomobil) və Türkiyə (95,7 min avtomobil) tamamlayır.
Agentlik ilin sonuna qədər Rusiyaya Çindən idxal edilən avtomobillərin sayının 1 milyona qədər artacağını ehtimal edir.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay